“Evimin qarşısında keçirilən aksiyanın...” - Video

evimin-qarsisinda-kecirilen-aksiyanin-video
Oxunma sayı: 664

- Əkrəm müəllim, niyə ilk dəfə rus dilində və “Drujba narodov” jurnalında dərc etdiz bu əsəri?
- “Drujba Narodov” jurnalında mən hələ 60-cı illərdən, “Dağlara çən düşəndə” əsərimdən başlayaraq dərc olunuram. İndi də, dəfələrlə müraciət edirdilər, yox deyə bilmədim.

- Yəni burada heç bir siyasi məqsəd yox idi?
- Qətiyyən.

- Əsərin Məqsədi nə idi?
- Bilirdim ki, çətin mövzudur. 2 xalqın bəlaları üzərində çoxlu qazanc əldə edən adamlar. Bu fəlakətin üstündə karyera quran, vəzifə tutan adamlar bunu qəzəblə qarşılayacaqlar. Və bilridim ki, bu adamlarəsəri özlərinə qarşı təhlükə kimi qəbul edəcəklər.

Mən bu kitabla ermənilərə də mesaj göndərdim. Siz elə bilməyin ki, biz elədiyimiz pislikləri unutmuşuq. Bunu bilin. Amma siz də elədiyiniz pislikləri etiraf edin, Xocalını etiraf edən erməni yazıcısı var, ya yox?

Bizim birgə yaşayımızın yeganə yolu budur.

Dinləyici sualı: - Sizin romandan sonra ermənilər Naxçıvana ərazi iddialarını geri çəkəcəklər?
Əkrəm Əylisli: - Naxçıvanda biz əsrlərlə yaşamışıq. Mən əsərimdə kimin burada tarixən əvvəl yaşaması məsələsinə toxunmamışam. Mən bir Azərbaycan ürəyini təsvir edirəm, bir Azərbaycanlı ki, ədalətsizliyə, qəddarlığa üsyan edən ürəyə malikdir. Belə ürəyi olan adam milləti necə alşalta bilər?

Aparıcı: YAPın reaksiyasına münasibətiniz?
Əkrəm Əylisli: Siyavuş Novruzov, Mübariz Qurbanlının ittihamlarını haradasa başa düşürəm. Amma Əli Əhmədovun məni erməni elan etməsi əsl irqcilikdir.

Aparıcı: Sizin Azərbaycanlı həmkarlarınızın reaksiyası da kəskin olub. Məsələn Afaq Məsud deyib ki, Sizin romandan şok olub.
Əkrəm Əylisli: 37-ci illəri xatırlaya-xatırlaya bu sözləri necə demək olar. Ona belə bir əhvalat danışım. Abdulla Şaiqə deyilər ki, Hüseyn Cavid həbsdən azad olunub qatarla gələcək. O tez qaçır dəmiryol vağzalına, lakin orada Hüseyn Cavidi yox, NKVD əməkdaşlarını görür və tez özünə bəraət qazandırır: "Gəlmişəm bura ki, Hüseyn Cavidin sifətinə tüpürüb ona deyim sən xalq düşmənisən"

Aparıcı: Sizi həm də ittiham edirlər ki, Orxan PAmukun yolunu gedərərk Nobel mükafatı almaq iddiasındasızınız.
Əkrəm Əylisli: Mən bu əsəri yazmağa başlayanda Pamuk hələ Nobel almamışdı.

Təhsil nazirliyindən Bayram Hüzeynzadə: Mən bu gün 100-ə yaxın adamla söhbət emişəm, özüm də Naxçıvanda, ermənilərin vəhşilikləri haqda əhvalatlar ilə böyümüşəm. Amma bu məsələ - siyasət məsələsi deyil, bu - millət məsələsidir. Siz milləti alçaldırsız. Xocalını yaşayan bir millətdən Siz "sağ ol" gözləyirsiz?
Əkrəm Əylisli: Təəssüf edirəm ki, mənim əsərimi belə qəbul edirsiz. Mən Azərbaycanlıları alçaltmıram. Lev Tolsoy "Hacı Murad" əsərində öz millətinə qarşı döyüşən bir adamın müsbət obrazını yaradır.

Əkrəm Əylisli: Mən nə Azərbaycan siyasətçilərinə, nə də Ermənistan siyasətçilərinə müraciət etmişəm. Mən istənilən müharibələrə baxmayaraq bir yerdə yaşamağa məhkum edilən xalqa müraciət etmişəm.