“Evində meyiti tapıldı” xəbəri yayıldı - Sağ imiş...

evinde-meyiti-tapildi-xeberi-yayildi
Oxunma sayı: 705

Bakının Xətai rayonu ərazisində silahlı insident olub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü Rüstəmov Vidadi Mahmud oğlu Naximov küçəsi, ev 14 ünvanında güllələnib.

O, sol bud nahiyəsindən güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

***

Bakı Şəhər Baş Polis İdarəsindən "Qafqazinfo"ya daxil olan məlumata görə, iyulun 19-da bəzi internet qəzetlərdə Bakının Xətai rayonu ərazisində silahlı insident olması, 1957-ci il təvəllüdlü Rüstəmov Vidadi Mahmud oğlunun Naximov küçəsində evdə güllələnməsi barədə həqiqətə uyğun olmayan məlumat yayılıb:

"Diqqətə çatdırırıq ki, həmin şəxs hal-hazırda evindədir, sağ-salamatdır və onun haqqında yalan məlumatlar yayan saytları məhkəməyə verməyə hazırlaşır".

Bakı Şəhər Baş Polis İdarəsi həqiqətə uyğun olmayan məlumatın  yayılmasının peşəkarlıqdan uzaq, ictimai zərərli olduğunu vurğulayır və əldə olunan məlumatın yayımdan əvvəl bir neçə etibarlı mənbədə təsdiq olunmasının vacibliyini bir daha KİV nümayəndələrinə xatırladır.