Evində tiryəkxana saxlayan qadın tutuldu

evinde-tiryekxana-saxlayan-qadin-tutuldu
Oxunma sayı: 641

Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsilə axtarışda olan Vüqar Qurbanov martın 11-də tutulub.

Nəsimi RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cəlal Hüseynovdan 490 qram marixuana aşkar edilib.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində yaşayanlar Svetlana İsmayılova və tanışı, əvvəllər məhkum olunmuş Elşən Kərimovun evində tiryəkxana aşkar olunub, ora narkotik maddələrin qəbulu üçün gələn Bakı şəhər sakinləri - əvvəllər məhkum olunmuş Zaur Bağırov, Anar Sərxanov və Samir Zərbəliyev saxlanılıblar. Mənzildən 1 qramdan artıq heroin, 5 ədəd şpris və digər vasitələr aşkar edilib.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Aslan Əkbərov martın 11-də tutulub.

Martın 10-na keçən gecə Cavadxan küçəsində yaşayan Ziya Səttarova məxsus «VAZ-2107» markalı avtomobildən şüşəni sındırma yolu ilə maqnitafon və ətir oğurlanıb. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elturan Yusifov və Əliəkbər İsmayılov martın 11-də tutulublar.

Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Mircəfər Alıyev martın 11-də tutulub.