Evində yanaraq həlak oldu

evinde-yanaraq-helak-oldu
Oxunma sayı: 1093

Şirvan şəhərində faciə ilə nəticələnən yanğın baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 54 m² olan birmərtəbəli 2 otaqlı evdə yanğın olub.

Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Abdullayev İlham Paşa oğlunun yanmış cəsədi aşkarlanıb. 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.