Evində yanıb öldü

evinde-yanib-oldu
Oxunma sayı: 634

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, noyabrın 25-də saat 20.00 radələrində Salyan rayonunun Aşağı Noxudlu kənd sakini Sabir Sadıqova məxsus 1 mərtəbəli 3 otaqlı evdə yanğın baş veribr.

Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra isə yataq xəstəsi olan Sadıqovun yanmış meyiti tapılıb.

İlkin yoxlama prokurorluq tərəfindən aparılır.