Evindəki dibçəkdə çətənə əkdi

evindeki-dibcekde-cetene-ekdi
Oxunma sayı: 1064

İsmayıllı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, martın 19-da İsmayıllı şəhər sakini İlqar Vəliyev saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman şüşə qabın içərisində 187 qram narkotik vasitə olan qurudulmuş marixuana və plastik qabda əkilmiş 2 ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.