Evindən “F-1” çıxdı

evinden-f-1-cixdi
Oxunma sayı: 1120

Bakıda saxlanılan şəxsdən narkotik, evindən isə qumbara götürülüb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Sabunçu rayonunda əvvəllər məhkum olunmuş Sərxan Çobanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana və güclü təsiredici xüsusiyyətə malik olan metamfetamin aşkar edilib.

Onun Bakıxanov qəsəbəsindəki yaşadığı evdən “F-1” qumbarası da aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb. Faktla bağlı araşdırma aparılır.