“Evini yandırıb, təzyiq edirlər” – Bəyanat

evini-yandirib-tezyiq-edirler-beyanat
Oxunma sayı: 660

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda deyilir: “Gənclər Təşkilatının sədri, vicdan məhbusu Tural Abbaslının ailəsinə təzyiqlər davam edir. Heç bir kompensasiya təklif etmədən Tural Abbaslının ailəsinin yaşadığı mənzili tərk etməyə məcbur edirlər.
Hazırda həmin binada 10 ailənin yaşamasına baxmayaraq, yalnız Tural Abbaslının ailəsinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə verilməsi bir daha göstərir ki, bu, Tural Abbaslının ailəsi ilə birbaşa bağlıdır”.

Bəyanatda oktyabrın 25-i Tural Abbaslının mənzilinin blokuna od vurulması ona qarşı təzyiq və təhdid kimi qiymətləndirilir: “Müsavat Gənclər Təşkilatı bəyan edir ki, bu kimi hallar yolverilməzdir və dərhal dayandırılmalıdır. Biz aidiyyatı orqanlara müraciət edərək tələb edirik ki, törədilən yanğın hadisəsini törədənlər müəyyənləşdirilsin və cəzalandırılsınlar. Vicdan məhbusu Tural Abbaslının ailəsinə təzyiq və təhdidlərə son qoyulsun”.

Fatimə Kərimli