Evinin eyvanından insanları atəşə tutdu - 2 ölü, 4 yaralı + Yenilənib

evinin-eyvanindan-insanlari-atese-tutdu
Oxunma sayı: 1845

İtaliya sakini evinin eyvanından küçədəki insanlara atəş açıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kazerta polisi məlumat yayıb.

Məlumata əsasən, insident Bellona şəhərində qeydə alınıb. Silahlı kişi öz evinin eyvanında mövqe tutaraq arvadını öldürdüyünü söyləyib. Daha sonra isə küçədən keçən kütləyə atəş açmağa başlayıb. Onun 14 yaşlı qızı isə qaçaraq xilas ola bilib. Qızın sözlərinə görə anasının cəsədi mənzildə qalıb.

Kişinın açdığı atəş nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan biri çağırışa gələn polis əməkdaşıdır. Yaralıların vəziyyətinin yüngül olduğu bildirilir.

Hazırda silahlı şəxslə təslim olması üçün danışıqlar aparılır.

***

Polisin verdiyi məlumata əsasən, yaşadığı evin eyvanından insanlara atəş açan 48 yaşlı İtaliya sakini özünə yetirdiyi xəsarət nəticəsində ölüb.