Evinizi su basanda qonşu ilə dalaşmağa tələsməyin

evinizi-su-basanda-qonsu-ile-dalasmaga-telesmeyin
Oxunma sayı: 1195

“Qafqazinfo” xəbər verir ki, Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi Dünyamin Novruzov bildirib ki, əslində, bu problemin sivil həlli yolu var: “Mənzili su basmış şəxs ilk növbədə yaşadığı ərazi üzrə müvafiq mənzil istismar sahəsinə müraciət etməlidir. MİS öz nümayəndəsini həmin mənzilə göndərməklə mənzilin su basması faktını təsdiq edən müvafiq akt tərtib etməlidir”.

Novruzov deyir ki, mənzili su basmış vətəndaş gələcəkdə məhkəməyə müraciət edəcəyi halda iddia tələbinin dəlillərini sübut etmək üçün həmin aktın tərtibi xüsusi əhəmiyyət kəsb edir.

Hüquqşünas bu problemlə üzləşmiş vətəndaşlara məsləhət görür ki, o, ilk əvvəl qonşusuyla danışmalı, ona vurulan ziyanı məhkəmədən kənar qaydada könüllü ödəməsini təklif etməlidir: “Qonşular bu barədə razılığa gələ bilməsələr, o zaman mənzili su basmış vətəndaş məhkəməyə müraciət edərək ona vurulmuş ziyanın ödənilməsini tələb edə bilər”.