“Evləndirdiyim it mənim oğlumdur”

“Evləndirdiyim it mənim oğlumdur”
Oxunma sayı: 161

Bu “izdivac”ı qınayan insanlara Nadir Qafarzadədən daha bir olay yaradacaq açıqlama gəldi.

Müğənni çox iddialı danışaraq bildirib ki, “əjdaha” itinə toy etdikdən sonra digər heyvanları üçün də “nigah” mərasimi düzənləyəcək: “Bundan sonra pişiyimə toy edirəm. Ardınca inəyimə, sonra toyuqlarımla qoyuqlarıma da toy edəcəm. Ancaq burada yox, xaricdə. Üstəlik, bu dəfə qohumluğum yerli müğənnilərlə deyil, xarici ulduzlarla olacaq. Azərbaycandan isə heç kimi o tədbirə dəvət etməyəcəm. Çünki onlar mənim səviyyəmdə deyillər”.

“Od püskürən” Nadir sonda daha bir yaddaqalan açıqlama verdi: “Bəli, evləndirdiyim it mənim oğlumdur. Bəzi “heyvanabənzər” insanlardan daha üstündür. Sonda burdan hər kəsə səslənirəm ki, mən it oynadan Nadirəm. Çünki mənim sözümlə hər kəs oynayır”. /SİA/


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi