Evlərdən məişət əşyaları oğurlayan saxlanılıb

evlerden-meiset-esyalari-ogurlayan-saxlanilib
Oxunma sayı: 1039

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 2 evdən oğurluq edən şəxs saxlanılıb.

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, Cəlilabad şəhər sakini Ə. Məmmədov RPŞ-yə ərizə ilə müraciət edərək şəhər ərazisindəki evindən təxminən 2 min manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Aparılan araşdırmalarla onun Cəlilabad rayon sakini Ruslan Əsədov olduğu müəyyən edilib. Ətrafında keçirilən əməliyyat tədbirləri ilə onun şəhər ərazisindəki digər bir yaşayış evindən 600 manat dəyərində məişət əşyalarını oğurladığı da müəyyən edilib.

Saxlanılan zaman R. Əsədovun üzərindən şəxsi istehlak miqdarından artıq (0,641 qram) çəkidə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.