Evlərdən silsilə oğurluqlar edən Zaqatala sakini saxlanılıb

evlerden-silsile-ogurluqlar-eden-zaqatala-sakini-saxlanilib
Oxunma sayı: 1638

Balakən rayonunda evlərdən silsilə oğurluqlar edən keçmiş məhkum saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, iyul ayının 9-da Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini evindən 2 ədəd qızıl-zinət əşyasının və 300 manat pulunun oğurlandığını bildirib.

Oğurluğu edənin Zaqatala şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fizuli Burcalıyev olduğu məlum olub. O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. F.Burcalıyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Balakən rayonunda daha 2 evdən də oğurluq etdiyi məlum olub. Belə ki, iyulun 18-də şəhər ərazisindəki evlərin birindən 2 ədəd müxtəlif qızıl-zinət əşyasının və 500 manat pulun, avqustun 1-də isə başqa bir evdən ümumi dəyəri 15 min manat olan qızıl-zinət əşyalarını oğurladığı aşkar edilib. Oğurlanmış qızıllar da maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.