Evli kişilərlə sevgili olan xanımlara... - Fenomen serialdan mesaj

Evli kişilərlə sevgili olan xanımlara...
Oxunma sayı: 9761

Son zamanlar Türkiyədə fenomenə çevrilən “Ufak tefek cinayetler” serialının pilates müəllimi Burcunu (Duyğu Sarışın) tamaşaçılar birmənalı qəbul etmir. "Qafqazinfo" xəbər verir ki, ekran işində ailə dağıdan, müxtəlif mübahisələrdə adı hallanan, Mehmetin (Yıldıray Şahinler) sevgilisi olan Burcudan öyrənəcəyimiz çox şey var. Əslində, serialda Burcu obrazı ilə cəmiyyətə böyük bir mesaj göndərilir. 

Yuva dağıdanın yuvası olmur...

Xoşbəxtliyi başqa həyatların üzərində qurar, azadlığını yaşamaq istərkən başqalarını məhv edər və bunun bədəlini ödəyərsiniz. Burcu Arzunun yuvasının üstündə yuva qurduğunu və xoşbəxt olduğunu düşünsə də, əslində həqiqətlər belə deyil. O yuva çatlayır və məhv olur. 

Yalançının şamı tez sönər...

Yalan danışmağın pis bir şey olması bir yana, bu yalanı davam etdirmək və gizlətmək çox çətindir. Həqiqətlər tez, ya gec ortaya çıxır. Burcu hamilə olması barədə Mehmetə yalan danışır və onu əlində tutacağını düşünür. Əlbəttə, növbəti bölümlərdə prosesin necə davam edəcəyi məlum deyil. Amma burada da böyük bir mesaj var. Cəmiyyətdə ailə dağıdan xanımlar peşman olan bəyləri əllərində belə saxlamağa çalışırlar. 

Bu gün mənə, sabahı sənə!


Bu gün başqasının başına gələn pisliyin sabah sizin başınıza gələcəmyəcəyinin sığortası yoxdur. Burcu evli bir kişi ilə münasibət qurdu, onu xanımından ayırdı. Amma bir şeyi düşünmədi. Evli olarkən xanımını aldadan Mehmet Burcuya da xəyanət edə bilər. Onsuz da Mehmetin eks-xanımı Arzu ilə yenidən yaxınlaşması və son bölümdə Mehmetin Burcuya xəyanət etdiyi açıq-aşkar göstərilir. 

Pulla səadət olmaz...

Dünya qədər mülkün olsa da, insan xoşbəxtliyini pulla almır. Burcu nə qədər Mehmetin pulu ilə hər şeyi satın ala biləcəyini düşünsə də, iş uşaq mövzusuna gələndə sakit qalmağı seçir. O, Mehmetin uşaqlarına bahalı hədiyyələr almaqla qəlblərini fəth etdiyini düşünür, amma yanılır. 

Dəli ilə çıxma yola, başına gətirər bəla!


Burcu çox bilmiş kimi görünsə də, insanları heç tanımır. O, edəcəyi pisliklərin sərhədini də tanımır. Mərvə  ilə (Aslıhan Gürbüz) qurduğu  oyunları buna misal çəkə bilərik. Serialın “Kraliça”sının sağ əli olmaq arzusu onu batırdıqca batırır. 

Nə olduğunu deyil, necə olacağını düşünməlidir.

İnsanın səhv addımlarla əldə etdiyi dəbdəbəli həyat tərzi uzun davam etməz və sabah pis vəziyyətə düşə bilər. Bu fikirləri insan hər zaman əlində əsas tutmalıdır. Burcu elədikləri ilə Arzunu hər zaman əsəbiləşdirir, qıcıqlandırır. Amma unutduğu bir şey var- Sabah nə olacaq?

Səfehin dostluğu kənd görünənə qədərdir

Mehmet kimi rahatlığa öyrəşən birinin əlindən tutmaq istəyirsənsə, ona süfrələr açmalı, dadlı deməklər bişirməli və evdən çıxanda ona “Allaha əmanət ol” deməlisən. Başqa cür könlünü qazanmaq qeyri-mümkündür. 

Pullu dayağın olsa da, öz işindən yapışmalısan...


İlk bölümlərdən Burucnun peşəkar bir pilates məşqçisi olduğu görünür. Lakin son bölümlərdə Mehmetin pulu ilə alış-veriş etməsi, işindən uzaqlaşması kimi hadisələr baş verir. Burdan belə nəticə çıxarmaq olar ki, pullu kişi gəldi gedərdir, öz işinizdən yapışın. 

Pislik cavanı qocaldır...

Burcu pilates edir, sağlam qida qəbul edir, özünə çox yaxşı baxır. Bəs daxili gözəlliyi? Yalanlar, intriqalar, oyunlar onun bəslədiyi qəlbi çirkləndirir. O, bu çirkli ürəklə fit olarmı?

Dostun atdığı daş baş yarmaz.


Dostlar hər zaman acı danışır. Burcu Sarmaşıkda (serialın çəkildiyi və varlıların yaşadığı küçə) birliyi pozmaq istəyir. Gah Pelinin (Bade İşçil), gah da Mərvənin yaxın rəfiqəsi olmaq üçün vuruşur. Hətta, aralarında nifaq belə salmağa çalışır. Amma işlər belə davam etmir. Onlar bir-birilərinə daş atsalar da, Burcunun əməllərinə görə dostluq münasibətlərini pozmurlar. 

Nağaranın səsi uzaqdan xoş gəlir


Burcu hər zaman Sarmaşıqda yaşayan xanımlara həsəd aparır. Onlardan biri olmaq istəyir. Amma orada yaşayan xanımların xoşbəxt olmadıqlarını görə bilmir. Təkcə görüntüyə aldanır. 

Səhvsiz insan olmur

Təbii ki, hər kəs səhv edə bilər. Bu insanlara xas olan bir şeydir. Burcu da səhv edir. Amma geri addım atmamaqda israrlıdır. Amma inanırıq ki, Burcu səhvini başa düşəcək və doğru yolu tapacaq. 

İki könül bir olarsa, samanlıq seyran olar.

Burcu əgər Mehmeti sevirdisə, onunla hər yerdə yaşamaq istəyər. Lakin bu xanım Mehmetin keçmiş arvadını qıcıqlandırmaq istəyir və onun yaşadığı ərazidə ev almaq niyyətindədir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi