50 yaşlı qadın onu intim fotolarla şantaj edəni bağışladı

50-yasli-qadin-onu-intim-fotolarla-santaj-edeni-bagisladi
Oxunma sayı: 9575

Bakı Ağır Cinayətlər Məhkəməsində tanış olduğu qadını intim şəkilləri ilə şantaj edərək pul tələb etməkdə təqsirləndirilən 26 yaşlı Elvin İsmayılovun məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edərək E. İsmayılovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş 50 yaşlı qadın isə onu şantaj edən sevgilisinə yüngül cəza verilməsini istəyib:  "Mən əvvəl şikayətçiydim, amma dünən anam yuxuda görüb ki, Elvinin oğlu ondan atasını istəyir. Mənim anam ibadət edən adamdır, ona görə Elvini bağışlayıram. Atamdan da belə görmüşəm ki, hamıya kömək edək. Atam 5 il adamları pulsuz həccə göndərib.

Hər gün düşünürdüm ki, görüm bu gecə nə yazacaq, nələr deyəcək. Gecə klubuna gedirdim ki, fikrim dağılsın, yaşadıqlarımı unudum. İndi fkirləşirəm ki, Elvin heç vaxt yoldaşıma nəsə göstərə, deyə bilməzdi. Elvinin azadlığa çıxması üçün nə xərc lazımdısa, özüm çəkəcəyəm". 

Proses sentyabrın 26-da davam etdiriləcək. 

İttihama görə, Elvin İsmayılov sosial şəbəkədə yeni tanış olduğu evli qadının ona göndərdiyi intim şəkilləri yayacağı ilə şantaj edərək 10 min manat tələb edib. 

Qeyd edək ki, E. İsmayılov 50 yaşlı qadının oğlu ilə dost olub.

Murad Əhməd