“Evlilik geriqalmışlıq kimi görünə bilər, bizə görə vacibdir”

evlilik-geriqalmisliq-kimi-gorune-biler-bize-gore-vacibdir
Oxunma sayı: 8027

“VANITY FAIR” jurnalı üçün kamera qarşısına keçən məşhur müğənni Miley Cyrus evliliklə bağlı etdiyi etiraflarla marağa səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, ötən ilin son günlərində sürpriz şəkildə sevgilisi Liam Hemsworth ilə evlənən ulduz xoşbəxt olduğunu açıqlayıb:

“Evli olmağın hər hansı bir fərqini görmürəm. Yanğına görə Kaliforniyadakı evimizi itirməyimizin həyatımıza təsiri daha böyük oldu, nəinki evlənmək. İndi ehtiyac görməsəm də, üzüklərimizi ömrümüzün sonuna kimi taxmağı düşünürük. Evlilik kiməsə görə cahil, geriqalmışlıq kimi görünə bilər, ancaq bizə görə zamanın tələbi və vacib bir şeydir”.