“Evlilik həmişə ecazkar olmayacaq” - Fotolar

evlilik-hemise-ecazkar-olmayacaq
Oxunma sayı: 4841

“Vogue” jurnalının mart buraxılışının üz qapağı üçün kamera qarşısına keçən məşhur cütlük Justin-Hailey Bieber maraqlı açıqlamalar verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı model Hailey həyat yoldaşı ilə kilsədə tanış olduğunu söyləyib:

“Evlilik həyatının normal getməsi və sağlam bir münasibətimizin olması üçün çalışıram. İkimiz də öyrənməyə meyilli gənclərik. Evliliyin hər zaman ecazkar olmadığını dərk edirəm və müəyyən vaxtlarda çətin olacağını bilirəm. Justinlə əvvəl dost olduq, sonra bir müddət sevgili. Son olaraq evlənmək qərarına gəldik.  

24 yaşlı pop kralı Justin isə söhbət əsnasında dini inancından, həyatdakı çətinliklərindən bəhs edib:

“Kilsəyə gedirəm deyə, insanlar məni səhv tanıyır. Bu məsələdə həssasam. İnsanlara güvənməklə bağlı problemlərim var. İstifadə olunduğumu düşünürəm və bu da özümə olan inamıma zədə vurur”.