Evlilik proqramları yayımlanacaqmı? - Açıqlama

Evlilik proqramları yayımlanacaqmı?
Oxunma sayı: 1775

Türkiyədə Qanun Hökmündə Qərarnamənin (KHK) evlilik proqramları ilə bağlı qadağasına baxmayaraq bu verilişlərin hələ də yayımlanacağına dair xəbərlər yayılıb.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən məlumatına görə, Radio və Televiziya Qurumunun rəhbəri, professor İlhan Yerlikaya məsələ ilıə bağlı açıqlamasında bildirib ki, hüquqi müstəvidə iş aparılır.

“Sabah araşdırmalarımız bitdikdən sonra mətbuata açıqlama verəcəyik. Biz onsuz da bu proqramları istəmirik. Bunu daha öncə də bəyan etmişdik”,  -deyə İ. Yerlikaya vurğulayıb.

Xatırladaq ki, evlilik verilişləri “Show TV”, “ATV”, “Star TV” və digər kanallarda yayımlanırdı. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi