Evlilik təklifi ilə gündəm olan müğənni nişanını qaytardı - Video

evlilik-teklifi-ile-gundem-olan-mugenni-nisanini-qaytardi
Oxunma sayı: 8385

Müğənni Elnar Xəlilov nişanını qaytarıb.

“Qafqazinfo” xəbər verir ki, ifaçı şairə Aysel Nəcəflidən ayrılıb. Bu barədə o, sosial şəbəkədə “Mən subayam” başlıqlı video çəkərək bildirib. O, Aysellə xasiyyəti uyğun gəlmədiyi üçün ayrıldıqlarını deyib.

Xatırladaq ki, ötən ilin avqustunda nişanlanan cütlük qalmaqallı evlilik təklifi ilə gündəm olmuşdular. Elnar evlilik təklifini belə etmişdi: 

“Uzun müddət ərzində bir dəfə də olsun ki, əlindən tutmadım. Aramızda kirli düşüncələr olmadı, bir-birimizi saf sevdik. Barmağım belə sənə toxunmadı. Amma çox istərdim ki, əlindən tutaraq üzüyü taxım. Amma halalım deyilsən. Qarşında diz çökmüyəcəm, çünki sən də bunu diləmirsən. Üzüyü özün barmağına tax”.