“Evrika” liseyində “Beynəlxalq Gün” adlı tədbir keçirilib

evrika-liseyinde-beynelxalq-gun-adli-tedbir-kecirilib
Oxunma sayı: 2489

"Evrika" liseyində 14 ölkənin səfir və nümayəndələrinin iştirakı ilə "Beynəlxalq Gün" adlı tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, İran, Rusiya, İngiltərə, Yunanıstan, Bolqarıstan, Almaniya, Qazaxıstan, İspaniya, İtaliya, Hindistan, Fransa, Cənubi Afrika ölkələrinin mədəniyyətləri, milli geyimləri, atributları və milli yeməkləri qonaqlara nümayiş etdirilib.

Liseyin direktoru Ofeliya Muradova bildirib ki, tədbiri keçirtməkdə əsas məqsəd Azərbaycanın multikultural bir dövlət olduğunu bir daha sübut etməkdir: "Bu tədbirin Beynəlxalq Ailə Günü ilə üst-üstə düşməsi təsadüfi deyil. Tədbiri keçirməkdə məqsəd liseydə təhsil alan səkkiz müxtəlif millətin nümayəndələrindən olan şagirdlərimizin bizimlə birlikdə böyük bir ailənin üzvləri olduğunu sübut etmək idi".

Qeyd edək ki, 6 ildir fəaliyyət göstərən "Evrika" liseyində Azərbaycan, rus, ingilis, fransız və alman dilləri şagirdlərə mükəmməl tədris olunur.