“Evrovision” paytaxtının sakini”

evrovision-paytaxtinin-sakini
Oxunma sayı: 664

İB-in sədri Aqil Camalın bildirdiyinə görə, Bakı şəhərinin ictimai həyatında bəzən mənfi xüsusiyyətlər özünü göstərir ki, bu da hazırda “Evrovision” Paytaxtı sayılan bir şəhər üçün arzuolunmaz haldır: “Paytaxt sakinləri tərəfindən küçə və parkların zibilləndirilməsi, divarlara elan və bildirişlərin yapıdırılması, müxtəlif sayt ünvanlarının yazılıması, sərnişin nəqliyyatı idarəedicilərinin onlar üçün qoyulan geyim və təmizlik, həmçinin sərnişinlərlə davranış qaydalarını pozmaları Bakının ümumi mənzərəsinə mənfi çalarlar gətirir. Bu vəziyyətin qarşıda gözlənilən “Evrovision” günlərində də özünü göstərməsi, Bakıya gələcək minlərlə turistin, o cümlədən dünya media təmsilçilərinin paytaxtımızla bağlı təsəvvürlərində mənfi izlər buraxa bilər”.

A.Camal bildirir ki, xüsusən, Ermənistan və ona bağlı dairələr müsabiqənin gedişi zamanı Azərbaycan paytaxtı ilə bağlı daha çox mənfi məqamların işıqlandırılmasına çalışacaqlar: “Qeyd etdiyimiz mənfi tendensiyalar isə Azərbaycan paytaxtını mənfi planda dünyaya təqdim etmək istəyənlər üçün münbit obyektdir”.

“Ortaq Dəyərlər” İB-nin 3 aylıq layihəsinin məqsədi Bakı sakinlərinin paytaxtımızda gözlənilən böyük hadisəyə - “Evrovision” günlərinə hazırlanmasına töhfə verməkdir. Layihə çərçivəsində mətbuatda müsahibə nə məqalələr dərc ediləcək, paytaxt əhalisinə paylanacaq bukletdə ictimai həyatda təmizliyə və mədəni davranışa riayət olunması üçün çağırışlar ediləcək. Layihənin sonunda təqdimat mərasimi keçirilərək mövzu ictimai müzakirəyə çıxarılacaq.