Evtanaziya etmədilər, o da özünü öldürdü - Fotolar

evtanaziya-etmediler-o-da-ozunu-oldurdu
Oxunma sayı: 642

Kanadada somatizasiya problemi olan 27 yaşlı Adam Mayer-Kleyton adlı gənc evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə - red) edilməsini istəyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kanada qanunları buna icazə vermədiyi üçün gənc oğlan da özünü öldürüb.

Mayer-Kleytonun cəsədi qaldığı otel otağında aşkarlanıb. Gənc oğlanın ailəsi də intihara yardımçı olduğu iddiası ilə saxlanılıb.

Qeyd edək ki, Kanadada evtanaziya sadəcə əqli xəstələrə tətbiq olunur.