Əvvəl 10-15 dəqiqəyə cəmi bir sürücüyə xidmət göstərilirdisə, indi...

evvel-10-15-deqiqeye-cemi-bir-surucuye-xidmet-gosterilirdise-indi
Oxunma sayı: 4143

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda "vahid pəncərə" sistemini təkmilləşdirmək məqsədilə pilot layihə həyata keçirir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov deyib.

O bildirib ki, "Qoşa Təpə" gömrük postunda bir aya yaxın müddət ərzində "vahid pəncərə" sistemini təkmilləşdirmək üçün "bir inspektor - bir nəqliyyat vasitəsi" layihəsinə başlanılıb:

"Layihənin mahiyyəti ondan ibarətdir ki, burada vətəndaş bir inspektor ilə təmasda olur. Belə ki, digər gömrük postlarında tətbiq edilən "bir pəncərə" sistemində bir neçə şəxs öz sahələri üzrə vətəndaşa xidmət göstərirsə, "Qoşa Təpə" gömrük postunda bir şəxs bütün sahələr üzrə bir vətəndaşa xidmət göstərir. Odur ki, digər məntəqələrdə 10-15 dəqiqə ərzində cəmi bir sürücüyə xidmət göstərilirdisə, burada həmin müddətdə inspektor sayından asılı olaraq 4-5 sürücü yola salınır".

A.Abbasov onu da qeyd edib ki, tətbiq edilən pilot layihə nəticəsində bir şəxsin "bir pəncərə" sistemindən keçmə müddəti 5 dəqiqəyədək azalıb.

Günel Hacı