“Əvvəl də pullu qız kimi tanınırdım”

evvel-de-pullu-qiz-kimi-taninirdim
Oxunma sayı: 3814

Ötən gün “5-də 5” verilişində aparıcı Zaur Kamal müğənni Şəbnəm Əsədova ilə yeni bir iddia ortaya atıb. O, studiyaya bir xanımın gəldiyini və sənətçinin ona 2 min manat borclu olduğunu bildirib: “İki nəfər oturub, deyir ki, Şəbnəmin bizə 2 min borcu var. Bu, keçmişdə olan günahlarındı?”

Teleaparıcının bu açıqlamasına Ş. Əsədova etiraz edib: “Zaur, mən tanınmırdım, amma pullu qız kimi tanınırdım. Sən yalandan anons edib, jurnalistlərə mövzu verirsən. Niyə haqqını olanı demirsən? Sənin 2 min dediyin xanıma mən 3 il əvvəl maddi yardım etmişəm. Müalicə almağa imkanı yox idi. Mənim heç yadımda da deyildi. Reklam fasiləsində mənə yaxınlaşdılar. Çox sağol dedilər. Sən bunu de, haqqımda yalan məlumat yayma”.