Əvvəl yaddaş problemi, indi də dəri xəstəliyi - Fotolar

evvel-yaddas-problemi-indi-de-deri-xesteliyi
Oxunma sayı: 3089

Rusiyanın məşhur müğənnisi Anna Sedokova xəstələnib. Artistdə örə xəstəliyi aşkarlanıb. “Qafqazinfo” bildirir ki, bu barədə o, İnstaqram hesabında məlumat verib.

“Demək istəmirdim, amma başa düşdüm ki, bu, həmin xəstəlikdən əziyyət çəkənlərə dəstək ola bilər. Son üç həftə mən hər səhər dəhşətli qaşıntıdan oyanırdım. Gözlərimi açırdım və üzümdə şişkinlik hiss edirdim. Ləkələr gah fərqli-fərqli yerlərdə yaranırdı, gah da itirdi”, - Sedokova yazıb.   

Digər artistlər kimi, o da buna fikir verməyib və çıxış etməyə davam edib. O, problemi makiyaj, papaq və eynləklə gizlətməyə çalışıb.  

Sedokova hesab edir ki, bütün bunların başlıca səbəbi teatrda keçirdiyi əsəbdir. Hazırda o, müalicə olunur.

“Məni bu dəhşətdən çıxaran dostlarıma, yaxınlarıma dərin təşəkkürümü bildirmək istəyirəm. Tamaşa zamanı əlində iynə yüyürüb gələn və qrim otağında mənə iynə vuran Natalya Rudovanı heç vaxt unutmayacağam”, - Sedokova yazıb.

İzləyiciləri artistə tezliklə sağalmağını arzulayıb.

Daha əvvəl A. Sedokova üçüncü övladını dünyaya gətirdikdən sonra yaddaşında problemlər yarandığını etiraf etmişdi.