Əvvəlcə kitab yazdı, sonra nişanlısını romanındakı kimi öldürdü - Fotolar

evvelce-kitab-yazdi-sonra-nisanlisini-romanindaki-kimi-oldurdu
Oxunma sayı: 3462

Kanadalı film prodüseri və yazıçı Bleyk Leybl dəhşətli cinayət törədib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 2016-cı ildə Kaliforniyada törədilsə də, məhkəmə bu ay keçirilib. Toplanılan istintaq materiallarından sonra məlum olub ki, Bleyk Kasianı 2010-cu ildə yazdığı "Syndrome" qrafik-romanındakı kimi öldürüb. Romanı yazdıqdan qısa müddət sonra Kasianla tanış olan Leybl daha sonra onunla nişanlanır. 2016-cı ildə isə cütlüyün övladı dünyaya gəlir. Ancaq Bleyk Kasianı doğuşdan bir neçə həftə sonra yataq otağında amansızcasına qətlə yetirir. Əvvəlcə ona işgəncə verib, daha sonra isə başının dərisini soymağa çalışaraq üzünün bir qismini qopardıb. Kaisan ağrıdan öldükdən sonra nişanlısı onu yuyaraq bədənini yataq otağında saxlayıb, üzünün yarısını və qulağını isə zibil qabına atıb.

Məhkəmədə özünü soyuqqanlı aparan Bleyk ona qarşı sürülən ittihamı qəbul etməyib. Vəkillər Bleykin yazdığı romanı gerçəkləşdirdiyini sübuta yetirərək ona ömürlük həbs verilməsinə nail olublar.