Əvvəlcə namaz qılmalı, yoxsa iftar etməli?

evvelce-namaz-qilmali-yoxsa-iftar-etmeli
Oxunma sayı: 1946


Cavab: Ümumiyyətlə, gündəlik namazları vaxtın əvvəlində, yəni namaz vaxtı daxil olandan dərhal sonra qılmaq çox savabdır. Məsumlarımızın hədislərində və alimlərin tövsiyələrində bu çox təkid olunub. Məğrib namazını da həmçinin, vaxtın əvvəlində qılmaq müstəhəbdir. Üstəlik, bunu da nəzərə alaq ki, yemək insanda tənbəllik və ağırlıq yaradır, tox qarınla ibadət etmək çətinləşir. Amma əgər oruc tutan adamın namaz qılacaq qədər taqəti yoxdursa, yaxud onu süfrə arxasında gözləyən varsa, yaxşı olar ki, əvvəl iftar etsin, sonra namazını qılsın. Məğrib vaxtı daxil olanda yüngülvari iftar açmaq (məsələn, su ya çay içmək), namaz qılmaq və sonra tam iftar etmək də olar.