Əvvəlcə oğlunu, sonra özünü eyvandan atdı

evvelce-oglunu-sonra-ozunu-eyvandan-atdi
Oxunma sayı: 3080

Məşhur “Playboy” jurnalının 1992-ci ildə siması olan amerikalı model Stephanie Adams intihar edib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 46 yaşlı model qaldığı otelin eyvanından əvvəlcə oğlu Vinceti, daha sonra özünü aşağı atıb. 

Məlum olub ki, Adams 7 yaşlı oğlu ilə İspaniya və İngiltərəyə istirahətə getmək istəyib. 

Bu zaman onun keçmiş əri Charles Nicolai ilə boşanma prosesi və himayədarlıq məsələsi davam edib.  Məhkəmə Vincetinin Amerikadan anası ilə çıxışına icazə verməyib. 

Stephienin bu səbəbdən intihar etdiyi iddia edilib.