Əvvəlki sürət qaytarıldı

evvelki-suret-qaytarildi
Oxunma sayı: 710

Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətə qaytarılıb. 

“Qafqazinfo” xəbər verir ki, bununla yanaşı, hər iki yoldakı elektron tablolarda yandan əsən külək işarəsi qoyulub. 

Xatırladaq ki, qeyd edilən avtomagistrallarda bütün zolaqlar üzrə sürət həddi yanvarın 16-dan 17-nə keçən gecədən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar 20 km/saat həcmində aşağı salınmışdı.