“Exo Moskva”nın jurnalisti ofisdə bıçaqlandı - Fotolar+Yenilənib

exo-moskvanin-jurnalisti-ofisde-bicaqlandi
Oxunma sayı: 2933

Rusiyada naməlum kişi “Exo Moskva” radiostansiyasının redaksiyasında daxil olaraq jurnalisti bıçaqlayıb.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, həmin şəxs jurnalist Tatyana Felqenqauerin boğazına bıçaqla zərbə endirib. Hücum edən şəxs saxlanılıb. 

Jurnalistin vəziyyətinin ağır olduğu bildirilir.

***

Hücum edən şəxs İsrail vətəndaşıdır. İlkin səbəb kimi şəxsi ədavət göstərilir.