Expressbank 2017-ci ili 2 milyondan artıq mənfəətlə başa vurdu

Expressbank 2017-ci ili 2 milyondan artıq mənfəətlə başa vurdu
Oxunma sayı: 416

Expressbank ASC-nin 2017-ci ilin maliyyə nəticələri bankın rəsmi saytında dərc edilib. 

"Qafqazinfo" xəbər verir ki, 2017-ci ilin yekunlarına görə Expressbank-ın cəmi aktivləri 314 mln. AZN, cəmi kapital 144 mln. AZN təşkil edir. Hesabata əsasən bank ili 2 milyon 26 min AZN mənfəətlə başa vurub.

Qeyd edək ki ki, son illər ərzində dəyişən iqtisadi vəziyyətə baxmayaraq “FitchRatings” agentliyi tərəfindən “Expressbank” ASC-in reytinqi dəyişilməz olaraq “B” səviyyəli stabil olaraq qalmışdır. Bu bankın maliyyə dayanıqlığını bir daha nümayiş etdirir.   

Expressbank müştərilərinə bank xidmətləri və məhsulları üzrə geniş seçim imkanları təqdim edir. Burada sərfəli şərtlər əsasında milli valyutada istehlak kreditləri, stabil və etibarlı gəlir mənbəyi olan müxtəlif növ əmanətlər, rahat və sürətli təcili pul köçürmələri, bank kartları, münasib tariflər ilə hesablaşma - kassa əməliyyatları təklif olunur.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi