Expressbank-ın kart sahibləri üçün xüsusi üstünlük!

Expressbank-ın kart sahibləri üçün xüsusi üstünlük!
Oxunma sayı: 516

Daim yenilikləri ilə sevindirən Expressbank VISA ödəniş sisteminin “LoungeKey” proqramına qoşuldu!  

“Qafqazinfo” xəbər verir ki, bu proqram bankın VISA Platinum kart müştərilərinə beynəlxalq hava limanlarında yerləşən 850-dən çox biznes lounge zallarına giriş imkanı verir. Həmçinin, VISA Platinum kartının sahibi dünyanın hər yerində xüsusi münasibət, yüksək xidmət, malların və xidmətlərin haqqının ödənilməsi zamanı özəl endirim və sərfəli təkliflər əldə edir. Bu kartla dünyanın bütün ölkələrində nağd pul çıxara, ticarət və xidmət müəssisəsində alış-veriş edə bilərsiniz.

Xatırladaq ki, “ExpressClub” layihəsi çərçivəsində, Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsilə alış-veriş edərkən xərclədikləri vəsaitin 20%-dək hissəsini karta geri alırlar (“cashback”). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.

“Expressbank”ınxidmətşəbəkəsi 16 filialdanibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS-terminal və 600-dən artıq Expresspay ödəniş terminalı vardır. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi