Expressbank-la təcili pul köçürmələri daha sərfəlidir!

expressbank-la-tecili-pul-kocurmeleri-daha-serfelidir
Oxunma sayı: 3312

Daima məhsul və xidmət növlərini genişləndirən Expressbank Türkiyənin UPT (Universal Payment Transfer) təcili pul köçürmələri sistemi ilə əməkdaşlığa başlayır.

“Qafqazinfo” xəbər verir ki, Türkiyənin ilk və yeganə ödəniş sistemi olan UPT dünyanın 200-dən artıq ölkəsində 400 mindən çox ödəmə məntəqəsi ilə təmsil olunur. Əməliyyatlar USD, EUR, TRY valyutaları ilə aparılır. UPT ilə həmçinin Türkiyə üzrə fiziki şəxslərin kart hesablarına və İBAN hesablarına, Avropa birliyi ölkələri üzrə fiziki şəxslərin İBAN hesabına köçürmələr etmək mümkündür. 

Xatırladaq ki, Expressbank müştəriləri həm pul göndərərkən, həm də pul alarkən Pul Kart hədiyyə kartını qazanırlar. Pul Kart müştərilərə ödənişsiz şəkildə təqdim olunur və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər bu vəsaiti  nəinki ATM-lər vasitəsi ilə nağdlaşdırır, hətta öz vəsaitlərini də Pul karta yerləşdirə bilirlər. SMS məlumatlandırma xidməti isə tam pulsuzdur.

Bundan əlavə, Expressbank-ın filiallarında digər təcili pul köçürmə sistemləri ilə də pul göndərmək  və ya pul almaq mümkündür. Bank həmçinin Zolotayakorona, Contact, IBA Express, Xəzri və Monex təcili pul köçürmələri sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

"Expressbank"ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 600-dən artıq Expresspay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə daha ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.