ExpressPay ilə DYP cərimələrinin ödənişi 9 dəfə artıb

ExpressPay ilə DYP cərimələrinin ödənişi 9 dəfə artıb
Oxunma sayı: 348

Dövlət Yol Polisi ödənişlərini ExpressPay ödəniş terminalları vasitəsilə ödəmək daha rahatdır.

"Qafqazinfo" xəbər verir ki, ExpressPay həm sürücülər, həm də piyadalar üçün yol polisi cərimələrinin operativ ödəniş imkanını təmin edir. ExpressPay ilə DYP ödənişlərinin daha rahat olması öz əksini artan statistikada da tapır: Təhlil göstərir ki, ExpressPay ilə DYP cərimələrin ödənişi ötən il ilə müqayisədə 9 dəfə artmışdır!

24 saat xidmətinizdə olan, ölkəmizin müxtəlif iaşə/ticarət mərkəzləri, biznes plazalar, iri marketlər, yanacaqdoldurma məntəqələri, metro stansiyalarında  quraşdırılmış yüzlərlə ExpressPay ödəniş terminalları ilə günün istənilən vaxtı nəinki dyp cərimələrinizi, həm də bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, internet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər üzrə ödənişlərinizi rahat və sürətli ödəyə bilərsiniz. Ödənişlər dərhal həyata keçir və müştəriyə qəbz təqdim olunur.

Ümumiyyətlə, ExpressPay hazırda Bank tərəfindən təqdim olunan ən geniş ödəniş terminalları şəbəkəsidir ki, Hökumət Ödəniş Portalı sisteminə qoşulmaqla, müştərilərə müxtəlif növ dövlət ödənişlərini həyata keçirməyə imkan verir. Belə ki, müştərilər ipoteka ödənişlərini, vergi və s. kimi dövlət rüsumlarını ExpressPay terminalları vasitəsilə ödəyə bilərlər. Ümumilikdə, ExpressPay terminalları ilə 120-dən çox dövlət xidməti üzrə ödəniş etmək mümkündür.

"Expressbank"ın xidmətləri və ExpressPay barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi "Facebook" səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi