Eyfel işıqlanacaq - Strasburq qurbanları yad edilir

eyfel-isiqlanacaq
Oxunma sayı: 803

Paris meri Ann İdalqo Strasburqda baş vermiş silahlı hücumda ölənlərin xatirəsinə Eyfel qülləsinin işıqlandırılması barədə göstəriş verib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, İdalqo bu barədə Tvitterdə yazıb.

Onun sözlərinə görə, qüllənin işıqlandırılması Strasburq sakinlərinin dəstəyi ilə olacaq. İşıqlandırma bu gün saat 00:00-da baş tutacaq.

Xatırladaq ki, ötən gün Strasburqda baş vermiş silahlı hücum nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.