Eyfel qülləsinin işıqları söndürüldü

eyfel-qullesinin-isiqlari-sonduruldu
Oxunma sayı: 1390

Fransa Eyfel qülləsinin işıqları şənbə gününə keçən gecə Misirdə terror aktının qurbanlarının xatirəsini yad etmək üçün söndürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Parisin meri Ann İdalqo bildirib.

“Terrorizm Misiri yenə vurdu. Mən həlak olanların ailələrinə başsağlığı verirəm və yaralananları dəstəklədiyimi bəyan edirəm. Bu axşam Eyfel qülləsi onların xatirəsini yad etmək və Parisin həmrəyliyini bildirmək üçün gecəyarısı sönəcək”,-deyə Twitterdə yazıb.

Qeyd edək ki, Misirdə məsciddə törədilən terakt nəticəsində 235 nəfər ölüb, daha 130 nəfər yaralanıb.