Əyilə bilən smartfon gələn ay təqdim edə bilər - Video

eyile-bilen-smartfon-gelen-ay-teqdim-ede-biler
Oxunma sayı: 1882

“Samsung” şirkəti uzun illərdir üzərində çalışdığı əyilə bilən smartfon modelinin təqdimatını gələn ay edə bilər.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, şirkətin öz Tvitter hesabında paylaşdığı yeni videoda tərtibatçılar üçün keçiriləcək tədbiri “indiki zaman ilə gələcəyin arasında olan döngə” kimi adlandırıb.

Paylaşımda öncə 90 dərəcə, daha sonra 180 dərəcə əyilən iki nazik xətt də əks olunub. Hələ keçən ay “Samsung” şirkətinin icraçı direktoru öz müsahibələrinin birində qeyd etmişdi ki, şirkətin ilk əyilə bilən smartfon modeli bu ilin sonuna kimi təqdim oluna bilər. Çox güman ki, şirkət sözügedən cihazı gələn ayın 7-dən start götürəcək “Samsung Developer Conference” tədbirində təqdim edəcək.