Eyni vaxtda doğulan 7 uşaq dünyasını dəyişdi

eyni-vaxtda-dogulan-7-usaq-dunyasini-deyisdi
Oxunma sayı: 3760

İraqın Diyala əyalətində eyni vaxtda dünyaya gələn 7 uşağın hamısı dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı qadının dünyaya gətirdiyi 6 qız və 1 oğlan uşağı bir neçə gün yaşaya bilib. Əkizlərin ölüm səbəbi məlum deyil. Əl-Battul xəstəxanasından verilən məlumata görə, uşaqlar çox zəif olublar. Halbuki, daha əvvəl əkizlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilmişdi.