Eynicinslərin evlilikləri Fransanı ayağa qaldırdı - Etiraz

eynicinslerin-evlilikleri-fransani-ayaga-qaldirdi-etiraz
Oxunma sayı: 645

“Qafqazinfo”nun AzerTac-a istinadən məlumatına görə, iki günlük Nümayiş dalğası ölkənin 70-dən artıq şəhərini bürüyüb. Eynicinslərin evlənmələrini qanuniləşdirmək məqsədilə Nazirlər Şurasına təqdim olunan qanun layihəsinə etiraz edən minlərlə insan küçələrə çıxaraq eynicinsləri evlənmələrinin cəmiyyəti məhvə doğru aparması barədə şüarlar səsləndirmiş, bu vəziyyətin bəşəri artım üçün böyük bəlaya çevriləcəyini, sivilizasiya üçün təhlükə yaradacağını bəyan ediblər.

Parisdə göy, ağ və qırmızı paltarlı 200 mindən artıq nümayişçi paytaxtın Danfer-Roşero meydanından İnvalid meydanına doğru hərəkət edərək eynicinslilərin evlənmələrinə dair qanun qəbul edildiyi təqdirdə daha möhtəşəm nümayiş keçirəcəkləri barədə dövlət rəsmlərini xəbərdar edib.

Marseldə 20, Tuluzda 10, Lionda 25, Nantda 5, Renndə 5 və ölkənin digər şəhərlərində isə minlərlə adam etiraz nümayişinə çıxıb.

Polis bu nümayiş əleyhinə eynicinslilərin evlənmələrini dəstəkləyən qüvvələrin təşkil etdiyi nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.