Eynşteynin məktubunun orijinalı tapılıb

eynsteynin-mektubunun-orijinali-tapilib
Oxunma sayı: 2660

Albert Eynşteynin aşkar edilmiş məktubunun orijinalı Nyu-Yorkda, Leo Bek adına İnstitutda saxlanılır.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bu məktubu A.Eynşteyn 1932-ci ildə dostu, yəhudi əsilli iqtisadçı alim Yulius Hirşə 50 illik yubileyi münasibətilə yazıb.

Münxen Yəhudi İcmasının arxivində məktubun Nobel mükafatı laureatının şəxsən özü tərəfindən kopirka ilə çıxarılmış surəti aşkarlanıb. Məktubun surəti 1961-ci ildə Y.Hirşin ölümündən sonra nekroloqu dərc edilən qəzet parçalarının arasında tapılıb. Məktubun Münxendə tapılan surəti, ehtimal ki, Eynşteyndə qalıbmış. Onun Münxen arxivinə necə düşməsini hələ ki, aydınlaşdırmaq mümkün olmayıb. 1933-cü ildə millətçi-sosialistlərin hakimiyyətə gəlişindən sonra Yulius Hirş (1882-1961) Danimarkaya mühacirət edib, daha sonra 1941-ci ildə ABŞ-a köçüb.