Eynulla Fətullayev Dunya Myatoviçlə görüşüb

eynulla-fetullayev-dunya-myatovicle-gorusub
Oxunma sayı: 632

“Qafqazinfo”nun məlumatına görə, görüşdə Eynulla Fətullayev Azərbaycanda söz azadlığının durumu, gənc fəallar Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin həbsləri, “Azadlıq” qəzetinin saytının dağıdılması barədə qarşı tərəfi məlumatlandırıb. Görüş Dunya Myatoviçin ad gününə təsadüf etdiyindən E. Fətullayev onu təbrik edib, öz növbəsində komissar “mənim üçün ən böyük hədiyyə sənin azadlıqda olmağındır” deyə bildirib.

E. Fətullayev daha sonra Sərhədsiz Reportyorlar Təşkilatının Avstriya nümayəndəliyində olub və Azərbaycan mətbuatının vəziyyəti barədə müzakirələr aparıb.

Fatimə Kərimli