Eynulla Fətullayev Klintonun köməkçisi ilə görüşüb

eynulla-fetullayev-klintonun-komekcisi-ile-gorusub
Oxunma sayı: 679

“Turan”a danışan Eynulla Fətullayevin sözlərinə görə, Azərbaycanda müstəqil KİV-lərin inkişafı əsas müzakirə obyekti olub. Jurnalist “Realnı Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin nəşrini bərpa etmək istəyini ifadə edib, bunun beynəlxalq dəstəkdən asılı olduğunu nəzərə çatdırıb: “Dedim ki, yerli sahibkarlar müstəqil qəzetlərə dəstək verdikdə iqtidar onları müəyyən edir, nəticədə bu adamlar təqiblərə məruz qalır”.
Görüşdə “Azadlıq” radiosunun Bakı bürosunun fəaliyyəti də müzakirə edilib. Jurnalist radionun indiki durumundan narahatlıq ifadə edib: “Bildirdim ki, radionu FM dalğalarına qaytarmaq məsələsi mümkün olmasa da, bu mövzunu aktuallaşdırmaq vacibdir”.

Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişafı da müzakirə edilib. Eynulla Fətullayev vətəndaş cəmiyyəti institutlarının əksəriyyətinin hökumətin təsiri altında olduğunu bildirib: “Formalaşmış və strukturlaşmış vətəndaş cəmiyyəti institutları olmadan demokratiyanın inkişafının mümkünsüzlüyünü diqqətə çatdırdım. Qərbin bu institutların inkişafına dəstək verməsinin zəruriliyini qeyd etdim”.