Eynulla Fətullayev XİN-lə saziş bağlandı

eynulla-fetullayev-xin-le-sazis-baglandi
Oxunma sayı: 634

Təşkilatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, layihə iki mərhələni nəzərdə tutur. Birinci mərhələdə siyasi məhbusları müəyyən edəcək komissiya formalaşdırılacaq. Bu komissiyaya ölkənin tanınmış hüquqşünasları və beynəlxalq hüquq üzrə mütəxəssisləri daxil olacaqlar. Komissiyanın yekun rəyindən sonra beynəlxalq meyarlara cavab verən məhbusların adları açıqlanacaq, siyasi məhbuslar haqqında 5 dildə məlumat bazası oxucuların diqqətinə çatdırılacaq.

Bütün aparıcı hökumət və qeyri-hökumət təşkilatları Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatları bu bazadan əldə edəcəklər.

Layihənin həyata keçirilməsi ilə bağlı müvafiq sazişi “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev və Norveçin XİN-nin Avrasiya və Regional Əməkdaşlıq üzrə Departamentin rəhbəri Marit Halsvik Lillealtern bağlayıblar.