“EYOF Bakı 2019”da medal sıralaması - Azərbaycan birincidir

eyof-baki-2019da-medal-siralamasi
Oxunma sayı: 1914

Bu gün “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının ikinci günündə 16 ölkənin idmançıları medal qazanıblar.

"Qafqazinfo" xəbər verir ki, iki günün nəticələrinə əsasən medal siyahısına Azərbaycan millisisi başçılıq edir. Komandamızın aktivində 10 medal – 4 "qızıl", 4 "gümüş" və 2 "bürünc" var. Medalların hamısını komandamıza güləşçilərimiz qazandırıblar. Belə ki, yunan-Roma pəhləvanlarımız 3 qızıl və 1 bürünc, sərbəst güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc, qadın güləşçilərimiz isə 2 gümüş medala sahib olublar.

Hesabında 3 qızıl və 1 bürünc medal olan İtaliya seçməsi ikinci sırada qərarlaşıb. Üçüncü pillədə isə 2 qızıl, 1 gümüş və 5 bürünc medalla Rusiya yığması yer alıb. İlk beşlikdə sonrakı yerləri Türkiyə (1-1-1) və Rumıniya (1-1-0) seçmələri tamamlayırlar.

Festivala iyulun 27-də yekun vurulacaq.