Eyvandan insanları atəşə tutdu

Eyvandan insanları atəşə tutdu
Oxunma sayı: 1411

Ukraynada sərxoş kişi yaşadığı evin eydanından insanları atəşə tutub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir, bu barədə Lvov vilayətinin polisi məlumat yayıb.

Məlumata əsasən, bazar günü səhər qadın polisə zəng edərək qonşusunun eyvandan insanlara atəş açdığını söyləyib. Hadisə yerinə təhlükəsizlik xidmətinin əməkdaşları gəlib.

Polis 8-ci mərtəbədə yaşayan və insanlara atəş açan kişinin sərxoş olduğunu bildirib. Onun silah saxlamaq üçün müvafiq sənədlərinin olduğu vurğulanıb.

Hadisə nəticəsində yaralanan olmayıb. Odlu silah müsadirə olunub. Faktla bağlı cinayət işi açılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi