Əzgil ağacından heyva “hədiyyə”si

ezgil-agacindan-heyva-hediyyesi
Oxunma sayı: 1803

ANS PRESS-in məlumatına görə, Xaçmazda bir ağac iki cür bar gətirib. Rayonun Aşıq Ələsgər küçəsi mənzil 45 ünvanında yaşayan Anar Rafiq oğlu Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, həyətində əzgil ağacında əzgillə yanaşı heyva da yetişib.

Onun sözlərinə görə, heyvaların ağacın yuxarı hissəsində olan budaqlarda bitiblər. "Ağac hec vaxt çalaq edilməyib. Belə bir hadisə ilə də ilk dəfədir ki, üzləşirik".