Əziz Əzizov Xiyabani küçəsində sakinlərlə görüşdü - Foto

eziz-ezizov-xiyabani-kucesinde-sakinlerle-gorusdu
Oxunma sayı: 1280

İyulun 18-də Yasamal rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati dairəsinin ərazisində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü Xiyabani küçəsi, 6 və 8 saylı binanın sakinləri ilə keçirib. 

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Abad məhəllə” layihəsinin Yasamal rayonunda da uğurla həyata keçirildiyini bildirən icra başçısı 2018-ci il ərzində 18 yeni abad məhəllə salındığını və geniş miqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, cari ildə də 24 yeni abad məhəllənin salınacağını vurğulayıb.

Ə.Əzizov çıxışında hazırda Şəfaət Mehdiyev küçəsində yeni yolun inşası ilə bağlı sakinlərin köçürülməsi işlərinin aparıldığını diqqətə çatdıraraq, yaxın vaxtlarda bu layihənin də uğurla başa çatdırılacağını qeyd edib.

Rayon sakinləri onları narahat edən suallarla bağlı Əziz Əzizova müraciətlər ediblər. İcra başçısı səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.