Əziz Orucovun apellyasiya məhkəməsi başlayır

Əziz Orucovun apellyasiya məhkəməsi başlayır
Oxunma sayı: 504

“Kanal 13” İnternet Televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun apellyasiya məhkəməsi başlayır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Əziz Orucov 2014-cü ildə QHT-lərə qarşı başladılmış cinayət işindən ayrıca icraata götürülmüş istintaq üzrə ittiham edilib: O, Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308.2-ci (vəzifə saxtarakarlığı; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

Ə.Orucov ittihamları qəbul etmir və təqsirsiz olduğunu bildirir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum ediib. Onun barəsindəki hökmdən verilən apellyasiya şikayəti icraata götürülüb.

İlkin baxış iclası fevralın 6-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçiriləcək.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi