“Əziz qardaşım, bu, böyük uğurdur”- - Ərdoğana

eziz-qardasim-bu-boyuk-ugurdur-
Oxunma sayı: 1083


"Qafqazinfo" şeyxin təbrik məktubunu təqdim edir:

Möhtərəm cənab Prezident!

Türkiyə Cümhuriyyəti tarixində xalqın seçimi ilə keçirilən ilk Prezident seçkilərində inamlı və parlaq qələbə qazanmağınız münasibətilə Sizi Azərbaycan, Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Cənabınızın Türkiyə dövlətinin rifahı, türk millətinin səadəti, İslam birliyi naminə gördüyünüz bütün işlərə Allah-Təaladan xeyir-dualar diləyirik.

Zati-aliləri! Bu qələbənin qürur və şərəfini yaşamağa tam haqqınız vardır. Sizin, xalq tərəfindən seçilmiş ilk Türkiyə Prezidenti olmanızla dövlətinizin tarixində yeni dönəmin başlanğıcı qoyuldu. Əminəm ki, Türkiyənin XII Prezidenti olaraq Türkiyə xalqının rifah və tərəqqisi, dünya miqyasında mövqelərinin güclənməsi yolunda görəcəyiniz işlər möhtəşəm olacaqdır, inşallah!

Möhtərəm və əziz qardaşım! Bu böyük uğurdur. Bu, Türkiyə Cümhuriyyəti ilə əbədi və qırılmaz tellərlə bağlı olan, «bir millət, iki dövlət» olan Azərbaycanın da uğurudur. Zatən, sevincimiz bir, kədərimiz birdir. Qoy Uca Allah Türkiyə -Azərbaycan qardaşlığını daimi qərar versin, Uca Nəzərini dövlətlərimiz, xalqlarımız və dövlət başçılarımızın üzərindən əsirgəməsin!

Ümidvarıq ki, Zati-aliləriniz ənənəyə sadiq qalaraq, bu seçkilərdən sonra da ilk olaraq Azərbaycana təşrif buyuracaqsınız. Qardaş Azərbaycanda cənabınızı şəxsən ziyarət etmək şərəfinə nail olarıq, inşallah!

Bir daha bütün Azərbaycan müsəlmanları adından Sizi ürəkdən təbrik edir, Uca Yaradandan cənabınıza can sağlığı, uzun ömür və Türkiyə dövlətinin qüdrəti, türk-İslam dünyasının yüksəlişi naminə möhtəşəm fəaliyyətinizə yeni uğurlar diləyirəm!