Əziz Seyidova yeni vəzifə verildi

eziz-seyidova-yeni-vezife-verildi
Oxunma sayı: 707

Ali Məhkəməyə yeni hakim seçilib. 

“Qafqazinfo” xəbər verir ki,  bununla bağlı layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Bu haqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.  O qeyd edib ki,  Əziz Seyidovun Ali Məhkəmənin hakimi seçilməsi üçün namizədliyi irəli sürülüb.

Layihə səsverməyə çıxarılaraq təsdiq edilib.

Qeyd edək ki, Ə.Seyidov 2007-ci ilin aprel ayından Bakı Şəhər Prokuroru vəzifəsində çalışır.  Onun Bakı Şəhər Prokuroru kimi səlahiyyət müddəti bu il başa çatıb. 

Günel Türksoy